Yüklərin çatdırılması xidməti, geniş anbar şəbəkəsinə və dünyada tərəfdaşlara malik peşəkar daşıyıcı tərəfindən həyata keçirilir. Malları təkcə ABŞ-dan deyil, həm də Avropa və Asiyadan sifariş etmək mümkündür. Bazarda aşağı qiymətlər və zəmanət verilmiş çatdırılma müddətləri, həmçinin optimal struktur və nəqliyyat xərcləri təmin olunur.
Biz daşımada dünya lideriyik. ASE EXPRESS & OCS şirkəti beynəlxalq daşımalar üzrə tam kompleks xidmət göstərir, keyfiyyətli servis təqdim edir və sifarişinizi maksimum dəqiqliklə yerinə yetirir. İstəyinizə uyğun olaraq yükün göndərilmə marşrutunun ən optimal sxemini hazırlayırıq.
Bizim Xidmətlər
Beynəlxalq kuryer xidmətləri
İri və kiçik ölçülü yüklərin avia daşınması (qapıdan-qapıya)
“Yığılmış yük” rejimində vaqonlarda yükdaşımalar
COLLECT xidməti (yükün dünyanın istənilən nöqtəsindən toplanması və Bakıya daşınması, ödənişin sonradan Bakıda edilməsi)
Anbarlama xidmətləri
Yüklərin operativ bronlaşdırılması və son təyinat nöqtəsinə qədər tam nəzarət
Yüklərin sığortalanması
Əlavə qablaşdırma və yenidən qablaşdırma
Markalanma