ŞİRKƏT HAQQINDA

Yüklərin çatdırılması xidməti, geniş anbar şəbəkəsinə və dünyada tərəfdaşlara malik peşəkar daşıyıcı tərəfindən həyata keçirilir. Malları təkcə ABŞ-dan deyil, həm də Avropa və Asiyadan sifariş etmək mümkündür. Bazarda aşağı qiymətlər və zəmanət verilmiş çatdırılma müddətləri, həmçinin optimal struktur və nəqliyyat xərcləri təmin olunur.

Biz daşımada dünya lideriyik. ASE EXPRESS & OCS şirkəti beynəlxalq daşımalar üzrə tam kompleks xidmət göstərir, keyfiyyətli servis təqdim edir və sifarişinizi maksimum dəqiqliklə yerinə yetirir. İstəyinizə uyğun olaraq yükün göndərilmə marşrutunun ən optimal sxemini hazırlayırıq.

Bizim Xidmətlər

  • Beynəlxalq kuryer xidmətləri

  • İri və kiçik ölçülü yüklərin avia daşınması (qapıdan-qapıya)

  • “Yığılmış yük” rejimində vaqonlarda yükdaşımalar

  • COLLECT xidməti (yükün dünyanın istənilən nöqtəsindən toplanması və Bakıya daşınması, ödənişin sonradan Bakıda edilməsi)

  • Anbarlama xidmətləri

  • Yüklərin operativ bronlaşdırılması və son təyinat nöqtəsinə qədər tam nəzarət

  • Yüklərin sığortalanması

  • Əlavə qablaşdırma və yenidən qablaşdırma

  • Markalanma

Top